Hindistanda bir gündə 25 minə yaxın koronavirusa yoluxma qeydə alındı

Hindistanda bir gündə 25 minə yaxın koronavirusa yoluxma qeydə alındı
DÜNYA
11:21 09.07.2020
980
Hindistanda koronavirusa gündəlik yoluxma göstəricisi yenidən rekord vurub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, ötən gün ölkədə 24,8 mindən çox yoluxma qeydə alınıb.

Daha 487 nəfər isə həyatını itirib. Bu günədək Hindistanda koronavirusa yoluxanların sayı 767 296 nəfərə çatıb. Bu göstəriciyə görə, Hindistan ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb.

Ölənərin sayı 21 129 nəfərə çatıb. Ölkədə karantin rejimi iyulun 31-dək uzadılıb.
OXŞAR XƏBƏRLƏR