Hindistanın şimalındakı Bihar əyalətində yağan güclü yağış nəticəsində Qanq çayının sahilindəki iki bina uçub.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimalındakı Bihar əyalətində həftənin əvvəlində yağan güclü yağış Qanq çayının daşmasına səbəb olub.
Ştatda daşqınlara səbəb olan güclü yağışlar nəticəsində azı 10 nəfər ölüb. Bhaqalpur ərazisində çayın yaxınlığındakı iki mərtəbəli binalar uçub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Oksana