Hindistanda COVID-19 infeksiyasına yoluxma sayı sürətlə artır

Hindistanda COVID-19 infeksiyasına yoluxma sayı sürətlə artır
DÜNYA
22:24 30.08.2020
775
Hindistanda ötən sutka ərzində 78 min 761 nəfərin COVID-19 infeksiyasına yoluxması təsdiqlənib. Bu, ölkədə gündəlik yoluxma sayı üzrə ən yüksək göstəricidir. Ötən gün dünyada gündəlik ən çox yoluxma da məhz Hindistanda qeydə alınıb. Ardıcıl 4 gündür ki, Hindistanda sutkalıq yoluxma sayı 70 mindən çoxdur.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, ölkədə indiyədək 3 milyon 542 min 733 nəfər bu virusa yoluxub. Ötən sutka COVID-19 səbəbindən 948 ölümün qeydə alınması ilə pandemiya qurbanlarının sayı 63 min 498-ə çatıb. Virusa yoluxanların 76 faizinin sağaldığı, 1,81 faizinin isə öldüyü bildirilir.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyadan sonra 3-cü sıradadır.
OXŞAR XƏBƏRLƏR