Hindistanın şimal-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı artıb.
AZXEBER.COM xarici mətbuatına istinadən xəbər verir ki, "Hindustan Times” qəzetinin məlumatına görə, Hindistanın şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar təsirini davam etdirir.
Səlahiyyətlilər Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayının 48-ə çatdığını açıqlayıb.
Səlahiyyətlilər həmçinin bölgədəki yaşayış evlərinin yağış və daşqınlardan təsirləndiyini və minlərlə insanın bölgədən təxliyə edildiyini bildirib.
Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib.
Gülay