Hindistanda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 240-a çatıb

Hindistanda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 240-a çatıb
DÜNYA
08:38 13.08.2025
304
Hindistanın şimalındakı Himaçal Pradeş ştatında son iki ayda daşqınlar və torpaq sürüşmələri səbəbindən azı 240 nəfər həyatını itirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə ştatın təbii fəlakətlərlə mübarizə idarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, musson yağışları nəticəsində ölənlərin ümumi sayı 240 nəfərdir.

Onlardan 125-i torpaq sürüşməsi, qəfil daşqın və güclü leysan kimi yağışla bağlı hadisələrdə, 115-i isə yol-nəqliyyat qəzalarında dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR