Pakistan və Hindistan arasında sərhəd bölgəsində yaşayan 2 yaşlı uşaq bəbir tərəfindən parçalanaraq öldürülüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hadisə Hindistanın Şimali Kəşmir əyalətində baş verib.
Hadisədən dərhal sonra xəstəxanaya aparılan uşaq vəfat edib.
Onu da qeyd edək ki, daha əvvəl Madhya Pradeş əyalətində bir bəbirin 60 nəfərə hücumu nəticəsində iki nəfər ağır yaralanmışdı.
Mikayıl