Hindistanda güclü yağışlar nəticəsində 24 nəfər ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Qucarat ştatında güclü yağışlar nəticəsində 24 nəfər ölüb, 23 nəfər yaralanıb.
Fövqəladə Hallar üzrə Dövlət Mərkəzi leysan yağışların təsirli olduğu Qucarat ştatında əsasən ildırım vurması nəticəsində 24 nəfərin öldüyünü və 23 nəfərin yaralandığını bildirib.
Skymet hava proqnozu agentliyinin vitse-prezidenti Mahesh Palavat bildirib ki, Qucarat adətən ilin bu vaxtında bu qədər yağıntı almır.
Ayşən