Hindistanda yağan güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 19-a yüksəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, cənubunda Andhra Pradeş və Telanqana ştatlarında yağan aramsız yağışlar daşqınlara, maddi ziyana və insan tələfatına səbəb olmaqda davam edir.
Rəsmilər, iki əyalətdə güclü yağışlar nəticəsində həyatını itirənlərin sayının 19-a yüksəldiyini, ölənlərin 9-nun Andhra Pradeş, 10-nun isə Telanqana əyalətindən olduğunu bildirib.
Səlahiyyətlilər qeyd edib ki, Andhra Pradeş ştatında sel suları altında qalan 3 nəfər və Telanganada itkin düşmüş 1 nəfər üçün axtarış işləri davam edir.
Gülay