Hindistanda leysan nəticəsində ölənlərin sayı 81-ə çatıb

Hindistanda leysan nəticəsində ölənlərin sayı 81-ə çatıb
DÜNYA
19:13 17.08.2023
219
Hindistanın şimalında leysanın səbəb olduğu dağıntılar nəticəsində ən azı 81 nəfər ölüb.

Bu barədə "India Today" telekanalı məlumat yayıb.

Qeyd edək ki, Hindistanın şimalındakı Himçal-Pradeş və Uttarxand ştatları avqustun 13-ü və 14-də güclü yağışlara məruz qalıb. Güclü yağış torpaq sürüşməsinə və evlərin dağılmasına səbəb olub.

Meteoroloqlar iyuldakı yağıntıların miqdarının son 50 ildə region üçün rekord olduğunu hesab edirlər.
OXŞAR XƏBƏRLƏR