Hindistanda musson yağışlar 23 nəfərin həyatına son qoydu

Hindistanda musson yağışlar 23 nəfərin həyatına son qoydu
DÜNYA
23:05 06.08.2021
1235
Hindistanın şərqindəki Qərbi Benqal ştatında yağan aramsız musson yağışları və su anbarının daşması nəticəsində azı 23 nəfər həyatını itirib.

Bu barədə ANI agentliyi məlumat yayıb.

"Purba-Bardhaman, Paşçim-Bardhman, Paşçim-Medinpur və ştatın digər dörd bölgəsində vəziyyət kritik olaraq qalır. Bu ərazilərdə yaşayan sakinlərə təcili olaraq yardımlar göndərilir”, -  agentlik yerli rəsmilərə istinadən xəbər verib.

Fəlakət bölgəsinə Hindistan ordusunun quru qoşunları və Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər cəlb edilib.
OXŞAR XƏBƏRLƏR