Hindistanda Nipah virusu həyəcanı: İki nəfər öldü

Hindistanda Nipah virusu həyəcanı: İki nəfər öldü
DÜNYA
10:48 13.09.2023
222
Hindistanın cənubundakı Kerala əyalətində iki nəfərin Nipah virusundan öldüyü təsdiqlənib. 

AZXEBER.COM xəbər verir ki, paytaxt Yeni Dehlidə jurnalistlərə açıqlama verən Hindistanın Səhiyyə naziri Mansukh Mandaviya Kerala ştatında Nipah virusundan ölənlərin olduğunu təsdiqləyib.

Nipah virusu meyvə yarasaları tərəfindən daşınır. Virus qızdırma, baş ağrısı, boğaz ağrısı, əzələ ağrısı, ürəkbulanma və qusma kimi simptomlara səbəb ola bilər.

Virus insana yarasalardan və donuzlardan keçə bildiyi kimi, insandan insana da keçir.

Həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb olan viral infeksiya olan Nipah virusu ilk dəfə Malayziyanın Nipah bölgəsində epidemiya ilə başlayıb. 

Ayşən
OXŞAR XƏBƏRLƏR