Hindistanın Andhra Pradeş ştatında qatar qəzası nəticəsində ölənlərin sayı artıb.
AZXEBER.COM "Hindustan Times"a istinadən xəbər verir ki, səlahiyyətlilər qəzanın sürücünün işıqforun qırmızı işığında dayanmaması səbəbindən baş verdiyini bildiriblər.
Andhra Pradeş əyalətinin Vizianaqaram bölgəsi yaxınlığındə baş verən qəzaya səbəb sərnişin qatarının relslər üzərində dayanan digər sərnişin qatarına çırpılması olub. Hadisə nəticəsində ölənlərin sayının 13-ə yüksəldiyini bildirib.
Səlahiyyətlilər qəza nəticəsində 50-dən çox insanın yaralandığını qeyd edərək, 4 nəfərin vəziyyətinin ağır olduğunu bildiriblər.
Qəzaya uğrayan qatarlardan birinin maşinistinin və maşinistin köməkçisinin həyatını itirənlər arasında olduğu bildirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Günel