Hindistanda qatar qəzasında ölənlərin sayı 294-ə çatdı

Hindistanda qatar qəzasında ölənlərin sayı 294-ə çatdı
DÜNYA
10:27 04.06.2023
181
Hindistanın Odişa ştatında iki sürətli sərnişin və bir yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 294-ə yüksəlib, 1000 nəfərdən çox şəxs isə xəsarət alıb.

Hadisə iyunun 2-də yerli vaxtla axşam saat 19:20 radələrində Balasor rayonunun Bahanaqa stansiyası yaxınlığında baş verib.

Kolkatadan Çennay şəhərinə gedən sərnişin qatarı relsdən çıxaraq əks istiqamətdəki Benqaluru-Hovrah sərnişin qatarı və dəmir yüklü qatara çırpılıb.

Qəzadan sonra 49 qatarın hərəkəti dayandırılıb, 38 qatar başqa istiqamətə yönləndirilib.

Qeyd edək ki, ölkənin Baş naziri Narendra Modi gün ərzində hadisənin baş verdiyi əraziyə və xəstələrin müalicə aldığı tibb ocaqlarına baş çəkəcək. Ölkənin dəmir yolu naziri Aşvini Vaişnau isə hadisənin dərindən araşdırılacağını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR