Hindistanda qəzaya uğrayan təyyarənin qara qutuları tapıldı

Hindistanda qəzaya uğrayan təyyarənin qara qutuları tapıldı
DÜNYA
12:30 16.06.2025
300
Hindistanın baş nazirinin baş katibi Narendra Modi "Air India" 171 təyyarəsinə məxsus iki qara qutunun tapıldığını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bazar günü axşam saatlarında rəsmi bəyanatla Hindistanın baş naziri Narendra Modinin baş katibi P.K. Mişra bildirib ki, "Air India" 171 təyyarəsinə məxsus iki qara qutu, uçuş məlumatlarının yazıcısı və kokpit səs yazıcısı da tapılıb.

Hindistan mətbuatı qara qutulardakı məlumatların əldə edilməsi və təhlil edilməsinin 4-5 gün çəkə biləcəyini yazıb. Xəbərə görə, bəzi beynəlxalq təhqiqat agentlikləri Hindistanın Təyyarə Qəzalarının Təhqiqat Bürosuna qəzanın araşdırılmasında kömək etmək üçün Əhmədabada gəlib.

Qeyd edək ki, iyunun 12-də baş verən qəzada 274 nəfər həyatını itirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR