Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı

Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı
DÜNYA
12:20 14.05.2024
114
Hindistanın Mumbay şəhərində toz fırtınası zamanı yıxılan reklam lövhəsinin altına düşərək həyatını itirənlərin sayı 14-ə yüksəlib.
 
AZXEBER.COM-un "India Today”ə istinadən verdiyi məlumatına görə, Mumbay şəhərinin Ghatkopar rayonunda ötən gün baş verən toz fırtınası səbəbindən yanacaqdoldurma məntəqəsinin üzərinə reklam lövhəsi düşüb. 
 
Hadisə nəticəsində bir çox avtomobil reklam lövhəsinin altında qalıb.

Reklam lövhəsinin altında ölənlərin sayının 14-ə yüksəldiyini bildirən Mumbay polisi dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR