Hindistanda saxta içkidən 21 nəfər ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Qucarat ştatında saxta spirtli içki qəbulu səbəbindən 21 nəfərin öldüyü bildirilib.
Yüksək rütbəli hökumət rəsmisi Mukeş Parmar verdiyi açıqlamada ölümlərin ştatın Ahmədabad və Botad rayonlarında spirtli içkilərin istehsalı, satışı və istehlakının qadağan olunan ərazilərində baş verdiyini bildirib.
Saxta spirtli içkidən ən azı 21 nəfərin öldüyü, 30 nəfərin xəstəxanaya yerləşdirildiyi məlum olub.
Press Trust of İndia-da yer alan xəbərə görə, saxta içki satmaqda şübhəli bilinən çox sayda adam polis tərəfindən saxlanılıb.
Ayşən