Hindistanın cənubundakı Tamil Nadu ştatında saxta spirtli içkidən ölənlərin sayı 63-ə yüksəlib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Asian News İnternational" mətbu orqanı məlumat yayıb.
Belə ki, 78 nəfərin saxta spirt səbəbiylə ştatın müxtəlif xəstəxanalarında müalicə olunduğunu açıqlanıb.
Bildirilib ki, Tamil Nadu ştatında müalicə alan 88 nəfər evə buraxılıb, saxta spirtli içkidən dünyasını dəyişənlərin sayı isə 63-ə çatıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar çərçivəsində Tiruçirapallı ərazisində şübhəli bilinən 7 nəfər saxlanılaraq 250 litr saxta içki məhv edilib.
Əlavə məlumat üçün qeyd edək ki, Hindistanda 7 ildir alkoqol qadağasının qüvvədə olduğu Bihar əyalətində 2023-cü ildə 20 nəfər saxta spirtli içkidən ölüb.
Mikayıl