Hindistanda sel faciəsi: Körpü uçdu

Hindistanda sel faciəsi: Körpü uçdu
DÜNYA
17:26 11.08.2026
177
Hindistanın Uttarakhand ştatının Çamoli bölgəsində güclü yağışlar selə səbəb olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Niti vadisində Tamak çayının daşması nəticəsində körpü və bir yük maşını sel sularına qərq olub. Hadisə zamanı ətrafdakı insanlar təhlükədən xilas olmaq üçün ərazidən uzaqlaşıblar.

Körpünün dağılması nəticəsində bölgədə 15-dən çox kəndlə nəqliyyat əlaqəsinin kəsildiyi bildirilir.

Əraziyə təcili yardım və xilasedici qruplar cəlb olunub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR