Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir. Bu hesabatlarda istifadəçilərin təhlükəsizliyinin qorunması və kontent yaradıcılarına dəstək istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
TikTok 2026-cı ilin ikinci rübündə istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin nəticələrini əks etdirən İcma Qaydalarına əməl olunmasına dair yeni hesabatınıtəqdim edib. Hesabatdaİcma Qaydalarını pozan videoların daha sürətli aşkarlanmasına və silinməsinə imkan verən məzmun moderasiyası üzrə yeni yanaşmalar haqqında da məlumat verilib.
Hesabata əsasən, 2026-cı ilin aprel–iyun ayları ərzində Azərbaycanda:
·570 mindən çox video İcma Qaydalarını pozduğuna görə silinib;
·Silinən videoların 99,6%-iistifadəçi şikayətləri daxil olmamışdan əvvəl platforma tərəfindən proaktiv şəkildə aşkarlanaraq silinib;
·İcma Qaydalarını pozan videoların 93,2%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Dünya üzrə isə eyni dövrdə TikTok tərəfindən:
·Platformanın qaydalarını pozan 188 milyondan çox video silinib;
·Kontentin 99,5%-i istifadəçi şikayətləri daxil olmamışdan əvvəl silinib. Bu, platforma tarixində indiyədək qeydə alınan ən yüksək göstəricidir;
Kontentin92,7%-iyayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
TikTok süni intellekt də daxil olmaqla, məzmun moderasiyası texnologiyalarını təkmilləşdirməyə davam edir. 2026-cı ilin ikinci rübündə dünya üzrə silinən videoların 97,4%-i süni intellekt texnologiyalarından istifadə edən avtomatlaşdırılmış sistemlər vasitəsilə silinib. Bu, platformanın fəaliyyəti tarixində qeydə alınan ən yüksək göstəricidir.
Bu alətlərin inkişafı İcma Qaydalarını pozan məzmunun daha operativ aşkarlanmasına və istifadəçilərin belə videolarla qarşılaşma ehtimalının azaldılmasına imkan verir.
Moderasiya prosesində TikTok-un təhlükəsizlik komandası da iştirak edir. Mütəxəssislər daha mürəkkəb və mübahisəli halları, o cümlədən istifadəçi şikayətləri əsasında yoxlanılması tələb olunan məzmunları nəzərdən keçirir və onların məhdudlaşdırılmasına ehtiyac olub-olmadığı barədə qərar verirlər. Qayda pozuntusu təsdiqləndiyi halda, hesab sahibinə müvafiq bildiriş göndərilir.
TikTok saxta hesablar və süni şəkildə artırılan göstəricilərlə mübarizəni də gücləndirir. 2026-cı ilin ikinci rübündə platforma dünya üzrə 352 milyondan çox saxta hesabın yaradılmasının qarşısını alıb. Bununla yanaşı, 6,2 milyarddan çox süni şəkildə artırılmış bəyənmə, 2,7 milyard saxta izləyici və saxta hesablardan paylaşılmış 190 milyon şərh silinib. TikTok, həmçinin izləyicilərin sayını süni şəkildə artırmağa yönəlmiş 7,5 milyarddan çox cəhdin qarşısını alıb.
Bu cür pozuntuları aşkarlamaq üçün platforma saxta göstəricilərlə mübarizə aparan və kontent yaradıcılarının, eləcə də onların videolarının populyarlığının süni şəkildə artırılmasına imkan verməyən texnologiyalarını təkmilləşdirir.
TikTok İcma Qaydalarına əməl olunması ilə bağlı hesabatları mütəmadi dərc etməklə fəaliyyətində şəffaflığı təmin etməyə və istifadəçiləri onların yaradıcılığı və ünsiyyəti üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına yönəlmiş tədbirlər barədə məlumatlandırmağa davam edir.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.











































