Hindistanın Qucarat və Racastan ştatlarında baş verən daşqınlar 17 nəfərin həyatına son qoyub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər Qucarat və Racastan ştatlarında son 48 saat ərzində yağan güclü yağışlar nəticəsində 17 nəfərin öldüyünü, 11 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Ümumilikdə 20 mindən çox insan fəlakətdən zərər çəkib, 6 min ailə təhlükəsiz ərazilərə təxliyə edilib.
Cəmalə