Hindistanda silahlı toqquşma: Qarşıdurmalarda 4 əsgər həlak oldu

Hindistanda silahlı toqquşma: Qarşıdurmalarda 4 əsgər həlak oldu
DÜNYA
15:28 16.07.2024
153
Hindistanın Cammu və Kəşmir bölgələrindəki silahlı toqquşmada 4 əsgər həyatını itirib. 

AZXEBER.COM "India Today” qəzetinə istinadən xəbər verir ki, Hindistan ordusundan verilən açıqlamada qarşıdurmada biri kapitan olmaqla 4 əsgərin həyatını itirdiyi bildirilib. 

İyulun 9-da Cammu və Kəşmirin Kathua bölgəsinin Maçedi çölündə müqavimət döyüşçüləri Hindistan əsgərlərini daşıyan maşına qumbaraatan və avtomatik silahlarla hücum etmiş, müqavimət döyüşçüləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 5 Hindistan əsgəri və 6 müqavimət döyüşçüsü həlak olub.
 
Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistana birləşməyə tərəfdar olsa da, dövrün şahzadəsi Hindistanla birləşməyə qərar verib. Kəşmirin müsəlman xalqı bu qərara qarşı çıxıb. 
 
Tərəflər ilk dəfə 1947-ci ildə Pakistan və Hindistanın bölgəyə qoşun yeritdiyi vaxt döyüşüb. Eyni səbəbdən 1965 və 1999-cu illərdə iki ölkə arasında müharibə baş verib. Müharibələrdən sonra müvəqqəti atəşkəs nəticəsində Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın idarəçiliyində qalıb. 
 
Digər tərəfdən, Hindistan 5 avqust 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunu ləğv edib və bölgəni birbaşa mərkəzi hökumətin tabeliyində olan iki "Birlik ərazisi"nə: "Cammu Kəşmir" və "Ladax"a bölüb. 

Pakistan həmçinin Kəşmirə "Azad Kəşmir (Müstəqil Kəşmir)" və "Gilgit Baltistan" kimi iki muxtar bölgə statusu verib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR