Hindistanda ordunun 5 üzvü təlim zamanı həyatını itirib.
AZXEBER.COM "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, biri kiçik zabit olan 5 Hindistan əsgəri Mandir Morh çayında təlimi zamanı boğularaq ölüblər.
Rəsmilər 5 əsgərin olduğu tankın Hindistanda yağan leysan yağışlar nəticəsində çayda seldən təsirləndiyini bildirib.
Bildirilib ki, hadisə yerinə gələn qruplar 5 əsgərin meyitini aşkarlayıb.
Bu arada təlimin çətin regional şəraitə qarşı mübarizə məqsədilə həyata keçirildiyi bildirilib.
Mikayıl