Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 148 nəfərə çatdı

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 148 nəfərə çatdı
DÜNYA
10:21 31.07.2024
95
Hindistanın cənubundakı Kerala əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayının 148-ə yüksəldiyi bildirilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kerala əyalətinin rəsmiləri dünən Wayanad bölgəsində baş verən sürüşmə ilə bağlı açıqlama verib.
 
Torpaq sürüşmələrində həyatını itirənlərin sayının 148-ə yüksəldiyini bildirən rəsmilər, axtarış-xilasetmə işlərinə Hindistan ordusundan təxminən 600 personalın qatıldığını bildirib.

Matəm elan edilən Kerala əyalətinin rəsmi şəxsləri yüzlərlə itkin düşmüş şəxsin axtarışlarının davam etdiyini və leysan səbəbindən bölgədəki təhsil müəssisələrinin bu gün bağlı olacağını açıqlayıb.
 
Hindistanın cənubundakı Kerala əyalətində ötən gün güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib, infrastruktur və yollara ciddi ziyan dəyib. Zərər çəkmiş Çoralmala kəndində 200 ev dağılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR