Hindistanın cənubundakı Kerala əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayının 148-ə yüksəldiyi bildirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kerala əyalətinin rəsmiləri dünən Wayanad bölgəsində baş verən sürüşmə ilə bağlı açıqlama verib.
Torpaq sürüşmələrində həyatını itirənlərin sayının 148-ə yüksəldiyini bildirən rəsmilər, axtarış-xilasetmə işlərinə Hindistan ordusundan təxminən 600 personalın qatıldığını bildirib.
Hindistanın cənubundakı Kerala əyalətində ötən gün güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib, infrastruktur və yollara ciddi ziyan dəyib. Zərər çəkmiş Çoralmala kəndində 200 ev dağılıb.
Oksana