Hindistanın Baş naziri Mask ilə görüşmək istəyir

DÜNYA
17:49 13.02.2025
174
Hindistanın Baş naziri Narendra Modi Vaşinqtona səfəri zamanı İlon Maskla görüşməyi planlaşdırır.

Bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, "Starlink” şirkətinin Hindistanda öz şəbəkəsini işə salmaq istəyi ilə bağlıdır. Lakin "Starlink” milyarder Mukeş Ambaninin rəhbərlik etdiyi şirkətin müqaviməti ilə qarşılaşıb. M.Ambaninin ölkədə peyk xidmətləri spektrinin təqdim edilməsi ilə bağlı öz baxışı var.

Hindistan hökuməti spektrin hərracda satılmasının deyil, paylanmasının lazım olduğunu düşünən Maskın tərəfini tutub. "Starlink”in lisenziya üçün müraciəti hələ də baxılma mərhələsindədir.

OXŞAR XƏBƏRLƏR