Hindistanın döyüş təyyarəsi qəzaya uğrayıb

Hindistanın döyüş təyyarəsi qəzaya uğrayıb
DÜNYA
15:48 12.03.2024
115
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Tejas” qırıcı təyyarəsi Racastan ştatında qəzaya uğrayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinin "X” sosial media platformasındakı paylaşımında "Tejas” tipli təyyarənin Racastan ştatının Jaisalmer şəhərində təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Paylaşımda pilotun avtomobili sağ-salamat tərk etdiyi və xəsarət almadığı, qəzanın səbəblərinin araşdırıldığı bildirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR