Hindistanın Pakistana raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, yaralılar var

Hindistanın Pakistana raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, yaralılar var
DÜNYA
00:55 07.05.2025
458
Hindistanın Pakistanın Kotli şəhərindəki mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb.

"Report” "Geo Tv”yə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Məlumata görə, Əhmədpurda iki məscidə endirilən zərbələr nəticəsində həmçinin 12 yerli sakin xəsarət alıb.

Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın hücumunu utancverici və qorxaqlıq adlandıraraq, zərbələrin Hindistan ərazisindən həyata keçirildiyini açıqlayıb.

"Hərbi Hava Qüvvələrimizin təyyarələri havadadır. Bu biabırçı və qorxaq hücum Hindistanın hava məkanından həyata keçirilib. Biz onların Pakistanın hava məkanına soxulmasına heç vaxt icazə verməmişik. Pakistan bu hücuma cavab verəcək və təxribat cavabsız qalmayacaq".

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb. 

OXŞAR XƏBƏRLƏR