Hindistanla Çin orduları arasında toqquşma olub

Hindistanla Çin orduları arasında toqquşma olub
DÜNYA
19:33 13.12.2022
296
"Hindistan Çin qoşunlarının ölkəyə müdaxiləsinin qarşısını alıb”.

Bu açıqlama ilə Hindistanın müdafiə naziri Racnat Sinqh çıxış edib.

"Çin və Hindistan qoşunları arasında əlbəyaxa döyüşlər olub. Hindistan ordusu Çin qoşunlarının ərazimizə daxil olmasının qarşısını alıb”, - deyə Racnat Sinqh bildirib.

Qeyd edək ki, dekabrın 9-da Hindistanın bəzi mətbu orqanları Hindistanla Çin orduları arasında toqquşmaların olduğuna dair məlumat yaymışdı. Lakin o zaman məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmişdi.
OXŞAR XƏBƏRLƏR