Bir neçə gün əvvəl Bollivudun məşhur aktrisası Şefali Yarivala 42 yaşında qəflətən vəfat edib.
AZXEBER.CO xarici mətbuata istinadən xəbər verir ki, hadisə aktrisaya növbəti "cavanlaşdırıcı” iynə vurulduqdan dərhal sonra baş verib.
Qohumlarının dediyinə görə, bundan bir qədər əvvəl o, oruc tuturdu və demək olar ki, heç nə yeməmişdi, prosedurdan sonra isə səhhətində kəskin pisləşmə baş verib.
Mumbaydakı özəl klinikaya yerləşdirilən aktrisa vəfat edib.
Məlum olub ki, Şefali mütəmadi olaraq cavanlaşdırıcı komplekslərin inyeksiyalarını edirdi. Onun evindəki soyuducuda vitamin kompleksləri, hormonal "qocalma əleyhinə" ampulalar, mədə həbləri aşkarlanıb.
Xatırladaq ki, Şefali 2000-ci illərin əvvəllərində klip çəkdirdikdən sonra məşhurlaşıb. Daha sonra o, filmlərdə çəkilib, televiziya şoularında rol alıb və məşhur realiti-şouda iştirak edib. O, iti dili və güclü xarakteri ilə tamaşaçıların yaddaşında qalıb.
Bollivudun ən qəşəng və parlaq aktrisalarından biri oıan aktrisanın 3,5 milyon abunəçisi vardı.
Aysel