Hindistanın ən varlı adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani ötən gecə tədbirlərdən birində çantası ilə gündəm olub.
AZXEBER.COM xəbər verir ki, o, görünüşünü tamamlamaq üçün 1,7 milyon dollarlıq (3 milyon manata yaxın) brilyant qaşlı çantadan istifadə edib.
61 yaşlı Nita Ambani Hindistan brendi "Manish Malhotra"nın ev sahibliyi etdiyi gecəyə eyni atelyedən olan metal sari geyinərək qatılıb. O, böyük ürək formalı Kolumbiya zümrüdlü sırğalar taxıb.
Lakin onun görünüşündə diqqət çəkən məqam "Kellymorphose" yüksək zərgərlik kolleksiyasından "Hermes Sac Bijou Birkin" çantası olub. Qiymətli metaldan hazırlanmış və 3025 almazla bəzədilmiş mini çantadan dünyada yalnız üç belə nümunə var.