Hindistanlı milyonçu İslamı qəbul edən oğlunu polisə verdi

Hindistanlı milyonçu İslamı qəbul edən oğlunu polisə verdi
DÜNYA
11:43 10.06.2026
88
Hindistanlı milyonçu Devraj Malikin oğlu Ayuş Malik İslamı qəbul edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, n=bunu biulən atası onu polisə şikayət edib.

Devraj Malik oğlunun həyat yoldaşı və qayınatasının onun əmlakını ələ keçirmək məqsədilə Ayuşu tələyə saldığını və dinini dəyişməyə məcbur etdiyini iddia edərək polisə müraciət edib. Atanın şikayəti əsasında Ayuş Malikin həyat yoldaşı Çandni Qureşi və qayınatası İslam Qureşi saxlanılıblar.

İslamı qəbul etdikdən sonra adını Məhəmməd Əli olaraq dəyişən Ayuş Malik isə atasının iddialarını rədd edib. O bildirib ki, atasının sərvətində gözü yoxdur və bütün əmlakın qardaşlarına qalmasını istəyir:

"Mən heç bir şəkildə məcbur edilməmişəm və ya aldadılmamışam. Uşaqlıqdan İslam dini haqqında məlumatım olub. İslamı öz istəyimlə qəbul etdim. İndi müsəlmanam, əlhəmdülillah.”

Malik vurğulayıb ki, din seçimi tamamilə şəxsi qərarı olub və bu qərarı verərkən ona qarşı heç bir təzyiq göstərilməyib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR