Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Ailə , Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyi birgə "Övladım və Mən” silsilə layihəsinə davam edir.
Bu dəfə layihə çərçivəsində hipofizar nanizm xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə tədbirlər planı hazırlanır.
Hipofizar
nanizm xəstəliyi nədir ?
Hipofiz-kəllədə,baş beynin yaxılığında yerləşən, boy hormonu –somatotropin
ifraz edən daxili sekresiya vəzisidir.Boy hormonu –borulu sümüklərin uzanması vəorqanizmdə
əsas tikinti materialı olan zülalın əmələ gəlməsini təmin edir.Hipofizin
funksiyası və boy hormonunun istehsalı pozulduqda (25 yaşa qədər) hipofizar
nanizm-cırtdanboyluluq yaranır.
Səbəbləri:
Aşağıdakı faktorların təsiri altında hipofizar nanizm yaranır:
-irsi pozğunluqlar, defekt genlər mövcud olduqda hipofizdə boy hormonu
istehsalı azalır.
-inkişaf qüsurları.Hipofiz ya olmur, ya da inkişafdan geri qalır, natamam
funksiya göstərir.
-kəllə travmaları; zərbələr, doğuş travmaları,baş beyinda keçirilən cərrahi
müdaxilələr
-keçirilmiş insultlar
-baş beynin və hipofizin bəzi şişləri
– baş beynin infeksiyaları; meningit,meninqoensefalit
-bədxassəli şişlər zamanı kimyəvi və şüa terapiyası
-hipofiz hormonlarına qarşı həssas hüceyrələrin olmaması,hormon
Istehsal olunur, qana daxil olur,lakin hüceyrələr ona cavab vermir
Buna görə də boyatma baş vermir.
Hipofizar nanizmin təzahürləri:
Əsas təzahürü –boy artımının ləngiməsidir.Belə adamların qohumları da alçaqbolu
olurllar.Bədənlərinin bütün hissələri proporsional ölçücə kiçik olur.Belə adam
miniatürdə normal adam kimi görünür.Qızlarda aybaşı gec olur, ya heç
olmur,oğlanlarda cinsiyyət orqanları kiçik olur,çox vaxt sonsuz olurlar.
Xəstəliyin ilk əlamətləri 2-4 yaşda özünü göstərir.Adam yaşı artdıqca onun
boyunun ləngiməsi daha çox nəzərə çarpır.Bu zaman həkim-endokrinoloqa müraciət
etmək lazımdır.
Bu xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsi üçün xüsusi iynə vurulur. 1 iynə 3 gün müddətində davam edir. Və qiyməti olduqca bahadır.
Layihənin əsas məqsədi hipofizar nanizm xəstəliyindən əziyyət çəkən uşaqlara dövlət səviyyəsində dəstək , onların siyahıya alınması və lazım olan iynənin pulsuz paylanmasıdı.