Hiss yeni mahnısını təqdim etdi - VİDEO

Hiss yeni mahnısını təqdim etdi - VİDEO
MAQAZİN
14:27 13.10.2023
321
Müğənni Hiss "Dilək" adlı yeni mahnısını və ona çəkilən klipini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, payız ab-havalı mahnının sözləri və musiqisi  Kənan Əhmədzadəyə, aranjimanı isə Nihad Məlikova məxsusdur. Çəkilişləri dəniz kənarında baş tutan klipin rejissorluğunu Elgün Cəfərov edib.

"Düşünürəm ki, bu mahnımda digərləri kimi seviləcək. İnsanların musiqi zövqünü oxşayacaq. Tam da payız ruhunu əks etdirən bir iş oldu. Elə çəkilişlərini də bir günə həll etdik" deyə, Hiss qeyd edib.

Ekran işində monoton sevgidən bəhs edilir.   

Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin "YouTube" kanalında yayımlanıb.
 


OXŞAR XƏBƏRLƏR