Son beş ildə respublikada geniş vüsət almış tikinti bumu sahibkarları məcbur etdi ki, xaricdən ucuz işçi qüvvəsi cəlb etsin.
Statistikaya əsasən Azərbaycanda işləyən 4400-ə yaxın əcnəbi vətəndaş sosial sığortaya cəlb edilib. Hazırda Azərbaycanda 70 min miqrant var. Azərbaycana miqrantların əksəriyyəti Gürcüstan, İran, İraq, Çeçenistan, Hindistan, Banqladeş, Pakistan, Nigeriya və digər ölkələrdən gəlirlər.
Buradan bu nəticəyə gəlmək olur ki, respublikaya iş üçün gətirilən miqrantların cəmi 34%-i qeydiyyatdan keçir. Bu o deməkdir ki, miqrantların 66%-i sosial və tibbi sığortaya cəlb edilmirlər. Qeyri-qanuni gələn miqrantların əksəriyyəti vergidən yayınmaqları respublikaya ancaq iqtisadi tərəfdən zərər verir. Onların tibbi müayinədən keçməməkləri isə daha acınacaqlı hallara gətirib çıxardır.
Maraqlıdı, bu sahədə qanunvericiliyimiz nə qədər təkmil olsa belə yenə də, qanunsuz miqrantlar və onların törətdiyi fəsadları aradan qaldırmaq çətindi.
22 dekabr 1998-ci il tarixdə “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin qanunun 4-cü maddəsində immiqrasiya haqqında vəsatətin əsasları göstərilib. Həmin maddənin 3-cü bəndinə əsasən immiqrant statusu almaq istəyən şəxslərin sağlamlığı haqqında arayış tələb olunur.
Həmin qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətin Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatəti həmin şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda rədd edilə bilər.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısına əsasən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (hemorragik virus xəstəlikləri, sarı qızdırma, insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları, ruhi-nevroloji arayış) daşıyıcısı olmaması haqqında tibbi arayış tələb olunur.
"Təhlükəli yoluxucu xəstəliklərin siyahısı"nın təsdiq edilməsi barədə 30.06.2011-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 105 saylı qərarına əsaəsən İnsanın immunçatışmazlığı virusu infeksiyası (HİV) təhlükəli yoluxucu xəstəliklərin siyahısındadır.
"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 280 nömrəli Fərmanının 1.5-ci bəndinin icrası ilə əlaqədar İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi müəyyənləşdirilib. Həmin qərara əsasən tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində hər il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
Nəzərə alsaq ki, Azərbaycan bir çox beynəlxalq konvensiyalar qoşulub və həmin konvensiyaların müddəlarına əsasən Azərbaycan üzərinə götürdüyü öhdəliklərə qeyd şərtsiz əməl eləməlidir.
Bu halda hesab etmək olar ki, miqrantlar milli qanunvericiliyimizdən istifadə etməlidirlər.
2004-cü ildə Beynəlxalq Əmək Konfransının 92-ci Sessiyasında qəbul edilən Beynəlxalq Əmək Təşkilatının bu Qeyri-məcburi və Çoxtərəfli Strukturu, dünya iqtisadiyyatında əməkçi miqrantlara ədalətli yanaşmaya yönəlmişdir. Qəbul edilən qərarın 23-cü Paraqrafında aşağıdakılar qeyd olunmuşdur:
Daha səmərəli əmək miqrasiya siyasətinin inkişaf etdirilməsində üzv dövlətlərə yardım məqsədilə üçtərəfli tərəfdaşlar dövlət əmək bazarlarının ehtiyaclarını nəzərə alan əmək miqrasiyasına hüquq-əsaslı yanaşma üçün qeyri-məcburi çoxtərəfli çərçivəsini inkişaf etdirmək barədə razılığa gəlimşlər. Bu çərçivə, beynəlxalq əmək miqrasiyasına cəlb olunmuş dövlətlərin mövcud siyasət və ən yaxşı təcrübələri barədə məlumata, əmək miqrasiyasının iqtisadi səmərəliliyinin artırılmasına yönəlmiş təkliflərə, beynəlxalq əmək standartlarına və 1998-ci ildə qəbul edilmiş İş Yerində Fundamental Prinsiplər və Hüquqlar haqqında Bəyannaməyə əsaslanmalıdır. Məşğulluq Miqrasiyasına dair Konvensiya (1949, No. 97), Miqrant işçilərə dair Konvensiya, 1975 (No. 143) və əlaqədar Tövsiyyələrin əsas prinsiplərinə diqqət yetirilməlidir. Əgər bu Konvensiyalar ratifikasiya olunmuşdursa, onlara tam olaraq hörmət edilməlidir.
Nəzrin VahabovaYazı AİSD-lə Mübarizə İctimai Birliyinin jurnalistlər arasında “Miqrantlarvə AİDS” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.