“Hizbullah” İsraildəki hərbi bazaya zərbə endirib

“Hizbullah” İsraildəki hərbi bazaya zərbə endirib
DÜNYA
23:37 22.10.2024
195
"Hizbullah” hərəkatı İsrail hərbi bazasına hücum edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hayfa şəhərinin cənubunda yerləşən Elyakim bazasına hücum olunub.

Zərbəni kamikadze dronları həyata keçirib.

Məlumata görə, döyüşçülər bütün hədəfləri vurmağa müvəffəq olublar.
OXŞAR XƏBƏRLƏR