Hizbullah İsrailə genişmiqyaslı cavab verdi

DÜNYA
15:14 01.10.2024
170
Hizbullah İsrailin Livandakı əməliyyatına raketlərlə cavab verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müharibə başlayandan bəri ən böyük hücumun hədəfi Mossadın bazası olub.
 
İsrail ordusundan verilən açıqlamada Livandan atılan raketlərin bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyi bildirilib.

Raket hücumları nəticəsində ən azı 5 nəfərin yaralandığı bildirilib.

Yerli xəbər mənbələri Hizbullahın bugünkü hücumunu müharibənin başlanğıcından bəri ən böyük hücumu kimi qiymətləndirib.
 
Müqavimət həmçinin Doviv kazarmalarını Fələq-2 raketləri ilə və Roş Pina qəsəbəsi yaxınlığında İsrail qüvvələrinin cəmləşdiyi ərazini hədəfə alıb.

Livan hökumətinin məlumatlarına görə, 2023-cü ilin oktyabr ayının əvvəlindən İsrailin Livan ərazisində həyata keçirdiyi hava hücumlarında ölənlərin sayı 1745-ə, yaralıların sayı isə 8767-yə çatıb.

Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Yaffa və Eylat şəhərlərində pilotsuz uçuş aparatları (PUA) ilə iki hərbi əməliyyat keçirdiklərini bildiriblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR