Livanın "Hizbullah" hərəkatı İsrailin şimalındakı Hayfa şəhərində hərbi obyektə hücum edib.
Bu barədə hərəkatın telegram kanalı məlumat yayıb.
Məlumatda İsrail Hava Hücumundan Müdafiə Komandanlığının bazasına hücum edildiyi iddia edilir.
Hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Hücumun nəticələri barədə məlumat verilmir.
///Musavat.com