“Hizbullah” Livan parlamentinin atəşkəslə bağlı səylərini dəstəkləyir

DÜNYA
19:59 08.10.2024
271
"Hizbullah" Livan parlamentinin spikeri Nəbih Berrinin ölkənin cənubunda atəşkəslə bağlı təşəbbüsünü dəstəkləyir.

Bunu hərəkatın baş katibinin müavini Naim Kasem televiziya müraciətində bildirib.

"Biz spiker Nəbih Berrinin siyasi səylərini dəstəkləyirik. Lakin atəşkəs əldə olunmayana qədər heç bir şərtlə bağlı müzakirələr aparmayacağıq”, - o vurğulayıb.

N.Kasem, həmçinin bildirib ki, İsrail və ABŞ-nin "Hizbullah”a hərbi təzyiq göstərmək cəhdləri heç bir nəticə verməyəcək: "Bu müharibə nə qədər uzun sürərsə, İsraildə köçkünlərin sayı bir o qədər çoxalacaq. Çünki əməliyyatları gücləndirmişik”.
OXŞAR XƏBƏRLƏR