Hizbullah rəsmisi İsrailə od püskürdü: "Siz heç vaxt bizi idarə edə bilməyəcəksiniz"

Hizbullah rəsmisi İsrailə od püskürdü: "Siz heç vaxt bizi idarə edə bilməyəcəksiniz"
DÜNYA
12:58 08.10.2024
220
Hizbullah liderinin müavini Naim Kasım İsrailin hücumlarına sərt reaksiya verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin daha çox itki verəcəyini bildirən Kasım bunun Netanyahuya dərs olacağını dilə gətirib.

"Bu insanlar bir canavarla (Netanyahu) vuruşurlar. İsrail komandirləri deyirlər ki, hücumlar bitməyib. Görünən odur ki, biz əlimizdən gələni etdik. İsrail daha çox itirəcək və bu, Netanyahuya dərs olsun. Siz heç vaxt bizi idarə edə bilməyəcəksiniz. İran müqaviməti öz bildiyi kimi dəstəkləyir. İranın dəstəyini hədəf alanlar indiyə qədər nə ediblər? İran Fələstini müdafiə edən fələstinliləri dəstəkləyir. İran öz ölkələrini müdafiə edən müqavimət döyüşçülərini dəstəkləyir. Yəmənin də böyük töhfələri var. Yəmən əslində İsraili blokada etməyi bacarıb. Ora təyyarələrini göndərərək ticarətini dayandırmağı bacardı, hər şey dayandı və Yəmənin dəstəyi davam edəcək”.

Mikayıl
OXŞAR XƏBƏRLƏR