Suriyada strateji əhəmiyyətə malik Həma şəhərinin silahlı müxalif qruplar tərəfindən ələ keçirilməsi dünya ictimai rəyində böyük əks-səda doğurub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, da, bu hadisədən bir neçə saat sonra Hizbullah da məsələ ilə bağlı açıqlama verib.
Suriyada irəliləməyə davam edən qruplar üçün "terrorçu” ifadəsini işlədən və Əsəd rejiminin yanında olacaqlarını bildirən Hizbullah baş katibi Naim Kasım "Bu hücum ABŞ və İsrail tərəfindən dəstəklənir” deyib.
Hizbullahın baş katibi Naim Kasım dünən axşam yayımladığı videoda ölkədə xaos yaratmağa çalışan "terror qruplarının” irəliləməsinə qarşı Suriya hökumətinin yanında olacaqlarını bildirib.
Gülay