Livanda Hizbullahın əzəli rəqibi Xristian partiyasının liderlərindən biri öldürülərək Suriyaya qaçırılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hizbullah baş verənlərlə heç bir əlaqəsi olmadığı barədə açıqlama verib.
Tutulan şübhəlilərin verdiyi ifadələrə görə, Süleymanın avtomobilini oğurlamaq istəyərkən Cübeyldə öldürüldüyü, daha sonra isə cəsədinin sərhəddən keçərək Suriyaya aparıldığı qeyd edilib.
Süleyman qaçırılaraq Hizbullahın müttəfiqi Suriya rejiminə aparıldıqdan sonra bir çox LGP partiyaları dolayısı ilə hadisənin arxasında Hizbullah olduğunu iddia ediblər.
Livan mətbuatında və xüsusən də LGP rəğbətliləri arasında yayılan bu şayiələrdən sonra Hizbullah Hərəkatının baş katibi Həsən Nəsrullah bugünkü çıxışında Süleyman hadisəsinə toxunub.
Hadisənin Hizbullah və siyasətlə heç bir əlaqəsi olmadığını ifadə edən Nəsrullah, "Məlum oldu ki, onu Livanlı və Suriyalı bir dəstə qaçırıb. Dünən baş verənlər xristianlara, xüsusən də bütün livanlılara dərs olmalıdır. Livanda bölünməyə qarşı olanlar iğtişaş törətməkdə ittiham olunur”, deyə o bildirib.
Ordu Süleymanın öldürüldüyünü təsdiqlədikdən sonra bəzi LGP xristianları Beyrut-Jubeil-Tripoli arasındakı yolu bağlayıblar.
Livan yerli mətbuatının məlumatına görə, yolu bağlayan qrup Suriya nömrəli avtomobillərə hücum edib. Yol bir müddət bağlı qaldıqdan sonra ordunun müdaxiləsindən sonra yol yenidən nəqliyyata açılıb.
Mikayıl