Hökməlidə obyektdə yanğın baş verib - VİDEO

SOSİAL
11:39 01.02.2025
138
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar ərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 731 m² olan və müxtəlif təyinatlı obyektlərdən ibarət üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində yerləşən kafenin yanar konstruksiyaları 110 m² sahədə yanıb.

Tikilinin böyük hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
 

OXŞAR XƏBƏRLƏR