Hökümə Əliyevanın ailəsinə qarşı cinayətlə bağlı - Rəsmi açıqlama

SOSİAL
11:20 18.01.2025
685
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökümə Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manat kartdan oğurlanıb.

DİN Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

***

Məsələ ilə bağlı "Kapital Bank”dan bildirilib ki, artıq araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR