"Gələcək üçün planlarımız var idi. Can deyib, can eşidirdik. Höküməyə şərəfli ölüm qismət oldu. Hər gün işə özüm aparıb, gətirərdim".
Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.
O qeyd edib ki, sonuncu dəfə səhər evdən çıxıb işə gedərkən yoldaşını görüb:
"Son olaraq, səhər birlikdə oyandıq. Şirin, mehriban söhbətlərlə evdən çıxaraq işə getdik. Saat 12-də gələsiydi. Təəssüflər olsun ki, faciəvi hadisə sosial şəbəkələrdə yayıldı və olanlara da bütün Azərbaycan xalqı şahid oldu".
Qeyd edək ki, mərhum stüardessa 2-ci Fəxri Xiyabanda dəfn edilib.
Mikayıl