“Hökumət Bakı metropolitenində yoxlama aparmalıdır” - Partiya sədri sərt danışdı

“Hökumət Bakı metropolitenində yoxlama aparmalıdır” - Partiya sədri sərt danışdı
SOSİAL
11:42 09.10.2025
313
Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində son dövrlərdə bir sıra rəhbər şəxslər öz xahişi ilə vəzifələrindən ayrılıb. Eyni zamanda, işçilər arasında maaş narazılığı müşahidə olunur.  Bəzi məlumatlara görə, bu ilin yanvar ayından etibarən metro əməkdaşlarının əməkhaqqı artımları ödənilmir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mövzu ilə bağlı AZXEBER.COM-a bildirib ki, metropoliten rəhbərliyindən ciddi narazılıq var:

"Ona görə də işçilərin maaşı verilmir. Metro və avtobusda qiymətlər artırılıb və oradan milyonlarla manat vəsait əldə olunur. Belə olan halda işçilərin maaşı ödənilmirsə, demək, böyük korrupsiya mövcuddur. Hökumət buna diqqət ayırmalı və yoxlama aparmalıdır”.

S.Cəlaloğlu qeyd edib ki, idarələrin başında duran şəxslərin 15-50 milyon manatlıq əmlakı meydana çıxır:

"İdarələrin başında duran şəxslərin 15-50 milyon manatlıq əmlakı meydana çıxır. Bu isə həmin idarəyə gələn pulların rəhbərin cibinə getdiyini göstərir. Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov vaxtilə demişdi: "Hər kəsin bir əmlakı var, bu da mənim obyektimdir.”
Hakbuki, 3 milyon manatı həmin vaxt Milli Təhlükəsizlik Nazirliyinin başçısına rüşvət olaraq vermişdi”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR