Hökumət bu partiyalara pul verəcək - Seçkidə qazananlar və uduzanlar

Hökumət bu partiyalara pul verəcək - Seçkidə qazananlar və uduzanlar
SİYASƏT
16:12 04.11.2015
1536
Azərbaycanda daha bir parlament seçkiləri arxada qaldı, Milli Məclisin yeni tərkibi formalaşdı. Mərkəzi Seçki Komissiyası (MSK) qaliblərin ilkin siyahısını ictimaiyyətə təqdim edib və çətin ki, Konstitusiya Məhkəməsi bu siyahıda dəyişiklik qərarı çıxarsın.Yeni parlament üzvlərinin siyahısına əsasən, ən çox deputat mandatını yenə də hakim partiya qazanıb. Belə ki, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 71 mandata sahiblənib.Təzə deputatların 42-si bitərəfdir. Qalan 12 mandat 11 siyasi partiya arasında bölünür.Parlament partiyalarının siyahısını təqdim edirik:Yeni Azərbaycan Partiyasl –71 mandat,Vətəndaş Həmrəyliyi Partiyası -2 mandat(Fəzail İbrahimli, Rafael Hüseynov)Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası -1 mandat(Qüdrət Həsənquliyev),Demokratik İslahatlar Partiyası -1 mandat(Asim Mollazadə),Böyük Qurtuluş Partiyası -1 mandat(Fazil Mustafa),Milli Dirçəliş Hərəkatı Partiyası -1 mandat(Fərəc Quliyev),“Ana Vətən” Partiyası -1 mandat(Fəzail Ağamalı),Vətəndaş Birliyi Partiyası -1 mandat(Sabir Hacıyev).Azərbaycan Sosial Rifah Partiyası -1 mandat(Xanhüseyn Kazımlı),Vəhdət Partiyası -1 mandat(Tahir Kərimli),Azərbaycan Demokratik Maarifçilik Partiyası -1 mandat(Elşən Musayev),Azərbaycan Sosial Demokrat Partiyası -1 mandat(Araz Əlizadə),Qeyd edək ki, bu partiyalar seçkidə qazanılan qələbəyə görə dövlətdən maliyyə dəstəyi alacaq. Sonuncu üç partiya ilk dəfədir bu maliyyə dəstəyini əldə edib.Əvəzində parlamentdəki yerini itirənƏdalət Partiyası(İlyas İsmayılov) vəÜmid Partiyasına(İqbal Ağazadə) verilən dövlət maliyyəsi kəsiləcək.Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2015-ci ilin dövlət büdcəsində 2 milyon 500 min manat vəsait nəzərdə tutulmuşdu. Bu məbləğ 2014 və 2013-cü illərdə də eyni idi.Qeyd edək ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Laki seçkinin nəticələriinə əsasən belə partiya olmadığından hər il təxminən 250 min manat vəsait bölüşdürülməmiş qalır.Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrəlmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Bu zaman söhbət yuxarıda siyahısı verilən 12 siyasi təşkilatdan gedir ki, onlardan da ən çox maliyyə əldə edən YAP olur.Modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
18:13 25.05.2025
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
18:01 25.05.2025
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
17:48 25.05.2025
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb