Hökumətdə cəmi 26 nazirlik və komissiya olacaq, nazir postlarının sayı 8-ə endirildi - Çində böyük islahat

Hökumətdə cəmi 26 nazirlik və komissiya olacaq, nazir postlarının sayı 8-ə endirildi - Çində böyük islahat
DÜNYA
15:29 14.03.2018
2381
Pekində davam edən 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasında hökumətdə struktur islahatları ilə bağlı plan qəbul olunub.
 
AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, martın 13-də qəbul olunan plan Dövlət Şurasındakı (Nazirlər Kabineti) mövcud olan bəzi qurumların birləşdirilməsini, ləğv edilməsini və ya yenilərinin yaradılmasını, habelə mövcud təsisatların səlahiyyətlərinin artırılmasını nəzərdə tutur.
 
Plana əsasən, Dövlət Şurası 26 nazirlik və komissiyadan ibarət olacaq, rəhbəri nazir statusu olan qurumların sayı 8-ə, nazir müavini statusunda olan təsisatların sayı isə 7-ə endiriləcək.
 
Bundan başqa Təbii Ehtiyatlar, Veteran Məsələləri və Fövqəladə İdarəetmə nazirlikləri yeni yaradılacaq qurumlardandır. Bundan başqa, Mədəniyyət Nazirliyi ilə Milli Turizm Administrasiyası birləşdirilərək Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ləğv edilərək Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyi yaradılacaq. Dövlət Şurasının nəzdində fəaliyyət göstərəcək yeni qurumlar arasında Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi və Dövlət Miqrasiya Administrasiyası da vardır.
 
Nəzarət Nazirliyi Çin konstitusiyasına edilən əlavə əsasında yeni yaradılan və birbaşa Ümumçin Xalq Nümayəndələri Yığıncağına tabe olan Dövlət Nəzarət Komissiyasına birləşdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi