Avropanın bu ölkəsinin vətəndaşlarına xəbərdarlıq edildi

Avropanın bu ölkəsinin vətəndaşlarına xəbərdarlıq edildi
DÜNYA
16:44 29.04.2025
175
Hollandiya hökuməti əhaliyə ölkə daxilində elektrik şəbəkəsinə təzyiqi azaltmaq üçün saat 16:00-dan 21:00-a qədər elektrik enerjisindən istifadənin mümkün qədər azaldılmasına çağırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hollandiyanın İqlim və Yaşıl İnkişaf Nazirliyi açıqlama verib.
 
Açıqlamada bu saatların "pik saatlar" olaraq təyin edildiyi və insanların çoxunun evə qayıtdığı bu zaman dilimində elektrik istifadəsinin ən yüksək həddə çatdığı qeyd edilib.

Açıqlamada vətəndaşların paltaryuyan və ya qabyuyan maşınlarını müxtəlif saatlarda işlətməklə və ya elektriklə işləyən nəqliyyat vasitələrinin doldurulmasını təxirə salmaqla şəbəkənin yükünü yüngülləşdirə biləcəkləri, şəbəkə operatorlarının infrastrukturun genişləndirilməsi istiqamətində işlərinə davam edəcəkləri, lakin bu prosesin vaxt aparacağı vurğulanıb.

Açıqlamada elektrik istifadəsinin azaldılması kampaniyasının 18-59 yaş arası bütün Hollandiyalıları hədəf alması və iyunun 22-dək davam edəcəyi qeyd edilib.

Hollandiya hökumətinin İspaniya və Portuqaliyada elektrik enerjisinin geniş kəsilməsindən asılı olmayaraq elektrik şəbəkələrinə təzyiqi azaltmaq çağırışı etdiyi düşünülür.
 
Oksana
 

OXŞAR XƏBƏRLƏR