Hollandiyada "Qurani-Kərim"ə etdiyi çirkin əmələ görə saxlanılan var

Hollandiyada "Qurani-Kərim"ə etdiyi çirkin əmələ görə saxlanılan var
DÜNYA
12:09 28.03.2024
120
Hollandiyada İslam əleyhinə irqçi qrupun lideri Edvin Vaqensveld "Qurani-Kərim”ə etdiyi çirkin hücuma görə saxlanılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hollandiyada irqçi və ifrat sağçı Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld "Qurani-Kərim”i it yaxasına salaraq yerdə sürüyüb. 

Hollandiya polisindən edilən açıqlamada Vaqensveldin bu hərəkəti ilə "Qurani-Kərim”i təhqir etdiyi üçün Arnhem bələdiyyəsinin ona qarşı qoyduğu aksiya qadağasını pozduğu və bu səbəbdən məhkəmədə saxlanıldığı bildirilib.

Açıqlamada Vaqensveldin Arnhem şəhərinə girişi qadağan edilən məhkəməyə gəlməsinin müstəsna hal olduğu bildirilib və onun digər hərəkətlərində bunun olmadığı qeyd edilib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR