Hollandiyalı futbolçu yenidən "Real"a qayıdır

İDMAN
11:24 03.08.2012
1557
"İnter" klubunun yarımmüdafiəçisi Uesli Sneyderin yenidən sabiq komandası Madrid "Real"ına qayıdacağı iddia olunur. AZXEBER.COM-un-Qərb mətbuatına istinadən verdiyi məlumata görə, "kral klubu" hollandiyalı futbolçunu yenidən komandaya qaytarmağı planlaşdırır. Sneyderin meneceri Soren Lerbi isə bu hada belə deyib: "Hələ ki, tərəflər arasında heç bir danışıq olmayıb. Ancaq bu futboldur. Hər şey ola bilər". "İnter"in baş məşqçisi Andrea Stramakkioni də yüksək məbləğdə təklif alacaqları təqdirdə 28 yaşlı futbolçunu istənilən komandaya sata biləcəklərini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR